“TECHNEST” təqaüd proqramı 2021-ci ilin oktyabr ayından Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşəbbüsü ilə İnnovasiyalar və Rəqəmsal İnkişaf agentliyinin nəzdində yaradılmışdır. Məqsəd ölkədə İKT sahəsində kadr bankının yaradılması prosesinə töhfə vermək və əmək bazarındakı kadr ehtiyaclarını qarşılamaqdır.
Layihə çərçivəsində Füzuli rayonunda Şəbəkə İnzibatçısı və Şirvan şəhərində Qrafik dizayn üzrə təlimlər tədris ediləcəkdir. Təlim proqramları haqqında ətraflı məlumat aşağıda göstərilmişdir:
FÜZULİ RAYONU
Təlimin adı: Şəbəkə İnzibatçısı
İştirakçı sayı: 13 nəfər
Təlimin müddəti: 4 ay / 64 saat (Həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla)
ŞİRVAN ŞƏHƏRİ
Təlimin adı: Qrafik Dizayn
İştirakçı sayı: 13 nəfər
Təlimin müddəti: 6 ay / 96 saat (Həftədə 2 dəfə və hər dərs 2 saat olmaqla)
İştirakçıların seçim prosesi:
• Layihəyə ilkin müraciət
• Qeydiyyatdan keçən şəxslər üçün seçim imtahanının təşkili
• İmtahandan müvəffəq olan şəxslərlə müsahibə
• Yekun seçilmiş şəxslərin təlimlərə cəlb edilməsi
Layihə çərçivəsində təlimlərdə iştirak etmək istəyən şəxslər linkə daxil olaraq, qeydiyyatdan keçə bilərlər:
QEYDİYYAT LİNKİ
Layihə ilə bağlı yaranmış sualların cavablandırılması üçün [email protected] email adresinə vəya 051 777 10 90 whatsapp nömrəsinə yaza bilərsiniz.
Qeyd: Layihə çərçivəsində təlimlər Code Factory MMC tərəfindən təşkil ediləcəkdir.