Haqqımızda

HAQQIMIZDA

Business Class Azerbaijan layihəsi, Azərbaycan Respublikası Bakı şəhəri və regionlarında fəaliyyət göstərən sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərə keyfiyyətli dəstək təmin etmək məqsədilə qurulmuşdur. Bizim missiyamız, həm hüquqi, həm də fiziki şəxslərə müxtəlif sahələrdə xidmətlər təqdim edərək, onların bizneslərini uğurla inkişaf etdirmələrinə kömək etməkdir. Layihə çərçivəsində, sahibkarlar üçün məsləhət xidmətlərindən tutmuş, yenidənqurma və inkişaf proseslərinə qədər geniş bir xidmət spektri təklif edilir. Hazırda fəaliyyət göstərən müəssisələrlə başlayan layihələr tez-tez müxtəlif səbəblərdən uğursuz olur və ya yarımçıq qalır. Bu səbəbdən, düzgün tərəfdaşların seçilməsi, həmçinin başlayan layihələrin uğurla tamamlanması üçün Business Class Azerbaijan, müəssisələrin doğru istiqamətdə irəliləmələrinə bələdçilik edərək, onlar üçün güclü və etibarlı tərəfdaş olmağı hədəfləyir.

MƏQSƏD

Business Class Azerbaijan-ın əsas məqsədi sahibkarlara və sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərə peşəkar və doğru istiqamət vermək, onları biznes mühitinə uğurlu inteqrasiya etməyə dəstək olmaqdır. Bizim missiyamız, hər bir sahibkarın potensialını maksimum dərəcədə istifadə edərək, bizneslərini inkişaf etdirmək və davamlı uğurlarına nail olmaqdır. Fəaliyyət sahələrində aparılan hər bir iş, nəticə yönümlü və strateji olaraq effektiv şəkildə həyata keçirilir.

HƏDƏFLƏR

  • Müəssisələrin idarəetməsini bazarın tələblərinə uyğun qurmaq və təkmilləşdirmək, eləcə də mövcud idarəetmə strukturunun səmərəliliyini artırmaq
  • Müəssisə və təşkilatlarda yaranan problemləri müəyyən edib, həmin çətinliklərin aradan qaldırılması üçün məqsədyönlü həllər təklif etmək
  • Sahibkarlara bazarda daha geniş rəqabət üstünlüyü qazandırmaq və onlara yeni imkanlar yaratmaq.

FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

Business Class Azerbaijan-ın fəaliyyət istiqamətləri geniş və hərtərəfli bir xidmət portfelini əhatə edir:

  • Qlobal bazara çıxışa dəstək: İdxal və ixrac əməliyyatlarının təşkil edilməsi, beynəlxalq ticarət əlaqələrinin qurulması və möhkəmləndirilməsi.
  • Sosial fəaliyyətlərin təşkili: Sahibkarlıq sahəsində regional fəaliyyətləri dəstəkləmək, müxtəlif sosial tədbirlər, idman yarışları və təlimlər təşkil etmək.
  • İnvestisiya cəlb edilməsi və investorlarla əlaqələr: Sahibkarlara müvafiq sahələrdə investisiya cəlb etməyi dəstəkləmək və potensial investorlarla əlaqələr qurmaq.
  • Brendin yaradılması və inkişafı: Yeni brendin qurulması, rebrendinq və mövcud brendlərin bazarda daha da gücləndirilməsi.
  • Elektron ticarət platformalarının qurulması: Elektron ticarət platformalarının qurulması, əməliyyatların düzgün və təhlükəsiz şəkildə idarə edilməsi, onlayn satışın artırılması.
  • Beynəlxalq forumlarda iştirak: Sahibkarlara beynəlxalq tədbirlərdə iştirak etməyi təşviq etmək, beynəlxalq əlaqələr qurmaq və yeni tərəfdaşlar tapmaq.
  • Təlim və məsləhət xidmətləri: Sahibkarlara fərdi və qrup şəklində təlimlər keçmək, onların biznes bacarıqlarını artırmaq və müvafiq sahələr üzrə məsləhətlər təqdim etmək.
  • Rəqəmsal idarəetməyə keçid: Müəssisələrin müasir texnoloji həllərdən istifadə etməsi üçün ERP, CRM və digər rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və optimallaşdırılması.
  • Karyera inkişafına dəstək: Fərdi inkişaf və peşəkar bacarıqların artırılması üçün proqramların təşkili.
  • Korporativ və ictimai tədbirlərin təşkili: Şirkətlər və cəmiyyət üçün tədbirlərin planlaşdırılması və keçirilməsi.
  • Əmək yarmarkalarının təşkili və koordinasiyası: İşəgötürənlərlə işaxtaranları birləşdirən əmək yarmarkalarının təşkili.
  • Universitet – sənaye əlaqərinin qurulması: Tələbələr və müəssisələr arasında əməkdaşlığın təşviqi.
  • Layihələrin araşdırılması, yazılması və idarəedilməsi: Fəaliyyət sahələrinə uyğun layihələrin hazırlanması və icrası.
  • Team buildinglərin təşkili: Komanda ruhunu gücləndirən tədbirlərin təşkili və keçirilməsi.
  • Reklam filmlər: Brend və məhsulların tanıdılması üçün peşəkar reklam videolarının hazırlanması.

ÜSTÜNLÜKLƏR

Business Class Azerbaijan layihəsinin sahibkarlara təqdim etdiyi üstünlüklər:

  • Keyfiyyətli xidmətlər:Yalnız etibarlı və keyfiyyətli xidmətlər təqdim edən müəssisələrlə əməkdaşlıq edilir.
  • Müəyyən edilmiş hədəflərə vaxtında çatma: Sahibkarların qarşıya qoyduğu məqsədlərə zamanında və müsbət nəticələrlə çatması üçün peşəkar yanaşma və resurslar təmin edilir.
  • Davamlı inkişaf:Bizimlə əməkdaşlıq edən müəssisələr, zamanla inkişaf edən və rəqabətə davamlı olma bacarıqlarını artırır.
  • Geniş xidmət portfeli:Biznesin hər mərhələsində dəstək verən geniş bir xidmət spektri ilə sahibkarlara müxtəlif sahələrdə məsləhət və praktiki dəstək təqdim olunur.